ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)


Azərbaycan təbii qazının dünya bazarına çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında 15 nömrəli sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (“CQD” QSC) yaradılması haqqında 287 nömrəli sərəncam imzalamışdır. “CQD” QSC-nin yaradılması 31 mart 2014-cü il tarixində dövlət qeydiyyatına alınmışdır.

Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları “CQD” QSC-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi və səmərəli şəkildə idarə olunması “CQD” QSC tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti 10 dekabr 2024-cü il tarixində “CQD” QSC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququnun SOCAR-ın nizamnamə kapitalına ötürülməsi barədə 389 nömrəli sərəncam imzalamışdır. Hazırda, “CQD” QSC-nin səhmlərinin 49%-ı Dövlətə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) və 51%-i SOCAR-a məxsusdur.

CQD-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.


Cənub Qaz Dəhlizi QSC-nin strukturu aşağıdakı kimidir: