ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
Cənubi Qafqaz Boru Kəməri (SCP)

SCP 692 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 249 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri Şahdəniz yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilmişdir. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılmışdır. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə SCP Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilmişdir. Boru kəmərinin sahibi “South Caucasus Pipeline Company Limited” şirkətidir. İllik nəql qabiliyyəti 7.41 milyard m3 təşkil edir.

SCP sisteminin genişləndirilməsi (SCPX)

Genişləndirmə Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametrli boru kəmərinin və həmçinin Gürcüstan ərazisində 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni boru kəmərinin uzunluğu təqribən 489 km təşkil edir (Azərbaycan ərazisində – 424 km, Gürcüstan ərazisində – 63 km, TANAP arabağlantısında – 2 km). Boru kəməri 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlamışdır.

Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m3 artırılaraq ümumi 24.04 milyard m3 səviyyəsinə çatdırılmış və beləliklə ümumi qaz nəqletmə qabiliyyəti 3 dəfə artmışdır. Lazım gəldiyi təqdirdə CQBK sisteminin ötürmə qabiliyyəti 34 milyard m3 səviyyəsinə çatdırıla bilər.



SCP layihəsi haqqında ətraflı məlumat alın


Borunun diametri
SCP: 42 düym SCPX: 48 düym
Borunun uzunluğu
Ümumi uzunluq SCP: 692 km SCPX: 489 km Azərbaycan ərazisində SCP: 443 km SCPX: 424 km Gürcüstan ərazisində SCP: 249 km SCPX: 63 km TANAP arabağlantısı (Gürcüstan-Türkiyə sərhədi) SCPX: 2 km
Səhmdarlar
BP: 29.99% TPAO: 19% Lukoil: 19.99% NICO: 10% CQD: 21.02%