ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)

CƏNUB QAZ DƏHLİZİ NƏDİR?

Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizinin qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təchizatının artırılmasını hədəfləyir. Cənub Qaz Dəhlizi aşağıdakı dörd layihədən ibarətdir: (i) Şahdəniz qaz-kondensat yatağının istismarı (“SD1” layihəsi) və tammiqyaslı işlənilməsi (“SD2” layihəsi), (ii) Cənubi Qafqaz Boru Kəmərinin istismarı (“SCP” layihəsi) və genişləndirilməsi (“SCPX” layihəsi), (iii) Trans-Anadolu Boru Kəmərinin ("TANAP" layihəsi) inşası və (iv) Trans-Adriatik Boru Kəmərinin (“TAP” layihəsi) inşası (SD2, SCPX, TANAP və TAP layihələri birlikdə “Layihələr”). Layihələrin investisiya dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. SD2 layihəsi tamamlandıqdan sonra SD1 layihəsi üzrə illik hasil edilən 10.9 milyard m3 qaza (maksimal hasilat gücü) 16 milyard m3 əlavə ediləcəkdir. Yeni tikilən SCPX, TANAP və TAP boru kəmərlərinin uzunluğu ümumlikdə 3,200 kilometrdən artıq olacaqdır.

Azərbaycan Respublikasının Layihələrdəki iştirak paylarının saxlanılmasını və idarə edilməsini Cənub Qaz Dəhlizi QSC həyata keçirir.