ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
SOCAR iqtisadiyyat dərsliklərinin tərcüməsini maliyyələşdirəcək

SOCAR və onun Cənubi Qafgaz Boru Kəməri şirkətindəki tərəfdaşları dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyi planlaşdırır.

24 Sentyabr 2021 Xəbərə keçid
TAP "İlin təbii qaz, LNG və hidrogen layihəsi" nominasiyasında qalib olub

Azərbaycana məxsus təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinda keçirilən “Gastech Awards 2021” tədbirində “İlin təbii qaz, LNG və hidrogen layihəsi" nominasiyasında qalib elan olunub.

21 Sentyabr 2021 Xəbərə keçid
TAP ilə Avropaya ilk 5 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

Azərbaycan təbii qazının Avropaya nəql edən TAP Konsorsiumu Azərbaycandan ümumilikdə 5 milyard kubmetr təbii qazın TAP-ın TANAP ilə bağlandığı Yunanıstan-Türkiyə sərhədindəki Kipoi keçid məntəqəsi vasitəsilə Avropaya çatdığını təsdiqləyib.

16 Sentyabr 2021 Xəbərə keçid
SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi “ProFarms” layihəsi çərçivəsində vətəndaşları məlumatlandırmaq məqsədilə Ağdaş, Ucar və Yevlax rayonlarında 20 kənddə icma görüşləri təşkil olunub.

13 Sentyabr 2021 Xəbərə keçid
"Moody's" CQD-nin reytinq üzrə proqnozunu yüksəldib

"Moody's Investors Service" ("Moody's") şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) xarici valyutada olan təmin edilməmiş üstün reytinqi üzrə uzunmüddətli reytinqini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "müsbətə" yüksəldib.

08 Aprel 2021 Xəbərə keçid
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq.

11 Fevral 2021 Xəbərə keçid
Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırıldı

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı.

31 Dekabr 2020 Xəbərə keçid
TAP kommersiya əməliyyatlarına başlayır

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

15 Noyabr 2020 Xəbərə keçid
TANAP “İlin layihəsi” beynəlxalq mükafatını alıb

Beynəlxalq enerji əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinə Layihə İdarəetmə İnstitutu (PMI - Project Management Institute) tərəfindən “İlin Layihəsi” mükafatı verilmişdir.

Layihə İdarəetmə İnstitutu (PMI) - layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın qabaqcıl assosiasiyasıdır.

PMI-nın “İlin Layihəsi Mükafatı”, layihə idarəetmə təcrübəsi üzrə yüksək səviyyədə icra, mükəmməl təşkilati nəticələri və cəmiyyətə müsbət təsirlərini ən yaxşı tərzdə təqdim edən iri və mürəkkəb layihələrin qiymətləndirilməsini aparır.

Bu sahədə nüfuzlu hesab edilən bu mükafatın alınması, layihə icrası zamanı TANAP tərəfindən keyfiyyətə, həmçinin sosial, iqtisadi və mədəni dəyərlərə ayrılmış xüsusi diqqətin birbaşa nəticəsidir.

Məlum olduğu kimi, ilin sonunadək Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaqdır. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu daha da artıracaqdır. Beləliklə, Azərbaycanın ixrac boru kəmərlərinin təhlükəsizliyi Avropa Birliyinin strateji maraqlarının tərkib hissəsidir.

Cənub Qaz Dəhlizi digər ixrac boru kəmərləri ilə birlikdə Azərbaycanın müstəqilliyini möhkəmləndirir, bizim enerji resurslarımızı Xəzər dənizindən dünya bazarlarına çıxarmağa imkan yaradır və bununla Azərbaycanın gələcəkdə Avropa və Asiya arasında enerji daşınmaları və satışı üzrə habına - mərkəzinə çevrilmək potensialını vurğulayır.

21 Oktyabr 2020 Ətraflı oxu
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri əsasən başa çatmışdır.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri 4,5 ildən sonra əsasən başa çatmışdır.

Bu barədə TAP AG konsorsiumu öz rəsmi veb səhifəsində məlumat açıqlamışdır.Qeyd olunur ki, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul terminalınadək təbii qazla doldurulub.Hazırda TAP konsorsiumu kommersiya əməliyyatlarının başlanması ilə bağlı hazırlıq işlərini tamamlamaq üzrədir.

TAP-ın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın ortalarınadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir.

Xəbərə keçid


13 Oktyabr 2020 Ətraflı oxu