
_______________________________________________________________________________________________________________________________________________
"Cənub Qaz Dəhlizi" QSC (“SGC”) tarixində ilk dəfə olaraq beynəlxalq reytinq agentliyi olan “Moody’s Ratings”-dən Uzunmüddətli Emitent Reytinqi (“Long-Term Issuer Rating”) əldə etmişdir. Geniş və müstəqil maliyyə təhlili nəticəsində SGC-nin uzunmüddətli emitent reytinqi "Baa3" / Pozitiv, investisiya oluna bilən səviyyədə təyin edilmişdir.
Bununla yanaşı “Moody’s Ratings” SGC-nin Fərdi Kredit Qabiliyyətinin Qiymətləndirilməsini (Baseline Credit Assessment) "baa3" səviyyəsində təsdiqləmişdir ki, bu da, yalnız Azərbaycanda deyil, həm də MDB regionu üzrə verilən ən yüksək Fərdi Kredit Qabiliyyətinin Qiymətləndirilməsi göstəricilərindən biridir. “Moody’s Ratings”-in şərhinə əsasən, SGC-nin reytinqi Azərbaycanın suveren reytinqi ("Baa3") ilə məhdudlaşdırılmışdır. Ölkə reytinqindəki gələcək müsbət dəyişikliklər Cəmiyyətin reytinqinə də birbaşa təsir göstərəcəkdir. Bu reytinq SGC-nin maliyyə sabitliyini və beynəlxalq maliyyə bazarlarında etibarlılığını bir daha sübut edir.
Məlumat üçün bildiririk ki, 2025-ci ildə SGC “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən "BBB-" / Sabit səviyyəsində Uzunmüddətli Emitent Reytinqi (“Long-Term Issuer Default Rating”) uğurla əldə etmişdir.
“Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin tam açıqlaması ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i SOCAR-a məxsusdur, 49%-i isə Dövlət adından çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir.
13 May 2026
_______________________________________________________________________________________________________________________________________________
02 Fevral 2026 Xəbərə keçid
_______________________________________________________________________________________________________________________________________________
"Cənub Qaz Dəhlizi" QSC (“SGC”) tarixində ilk dəfə olaraq beynəlxalq reytinq agentliyi olan “Fitch Ratings” tərəfindən Uzunmüddətli Emitent Reytinqini (“Long-Term Issuer Default Rating – IDR”) əldə etmişdir. Geniş və müstəqil maliyyə təhlili nəticəsində SGC-nin uzunmüddətli emitent reytinqi "BBB-" / Sabit, investisiya oluna bilən səviyyədə təyin edilmişdir.
Bununla yanaşı “Fitch Ratings” SGC-nin Fərdi Kredit Profilini (“Standalone Credit Profile”) "bbb-" səviyyəsində təsdiqləmişdir ki, bu da, yalnız Azərbaycanda deyil, həm də MDB regionu üzrə verilən ən yüksək Fərdi Kredit Profil göstəricilərdən biridir. “Fitch Ratings”-in şərhinə görə, SGC-nin reytinqi Azərbaycanın suveren reytinqi ("BBB-") ilə məhdudlaşdırılmışdır. Ölkə reytinqindəki gələcək müsbət dəyişikliklər Cəmiyyətin reytinqinə də birbaşa təsir göstərəcəkdir. Bu reytinq SGC-nin maliyyə sabitliyini və beynəlxalq maliyyə bazarlarında etibarlılığını bir daha sübut edir.
Məlumat üçün bildiririk ki, 2016-cı ildən hazıradək SGC yalnız maliyyə aləti olan Avrobondlar üzrə (dövlət zəmanəti əsasında) emissiya reytinqi (“Issuance Rating”) əldə etmişdir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi-nin tam açıqlaması ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i SOCAR-a məxsusdur, 49%-i isə Dövlət adından çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir. 05 Dekabr 2025
_______________________________________________________________________________________________________________________________________________
03 Noyabr 2025 Xəbərə keçid
_______________________________________________________________________________________________________________________________________________
“Cənub Qaz Dəhlizi” QSC-nin (“SGC”) gəlirlərinin əsas hissəsini xam neft və təbii qazın satışından, həmçinin, təbii qazın nəqlindən əldə edilən vəsait təşkil edir. 2024-cü il üzrə SGC-nin gəlirləri 3.2 milyard ABŞ dolları təşkil edərək, 2023-cü il ilə müqayisədə 6.0% artmışdır.
Eyni zamanda SGC hesabat ilini 1.7 milyard ABŞ dolları həcmində xalis mənfəətlə və 2023-cü il ilə müqayisədə 33.9% artım ilə başa vuraraq cəmi kapitalını 15.9% böyütmüşdür.
Hesabat ilində SGC-nin qısa və uzunmüddətli borcları 44.0% azalmışdır.
Qeyd edək ki, SGC-nin 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatlarına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən təmiz rəy verilmişdir.
Hesabatlar ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i SOCAR-a məxsusdur, 49%-i isə Dövlət adından çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir.
11 İyul 2025
_______________________________________________________________________________________________________________________________________________
04 İyul 2025 Xəbərə keçid
“Fitch Ratings”, “Cənub Qaz Dəhlizi” QSC-nin üstünlük hüququna malik təminatsız Avrobondlarının uzunmüddətli xarici valyuta reytinqini “BBB-” səviyyəsində təsdiqləyib. Proqnoz sabitdir.
30 Yanvar 2025 Xəbərə keçid
“Fitch Ratings”, “Cənub Qaz Dəhlizi” QSC-nin üstünlük hüququna malik təminatsız Avrobondlarının uzunmüddətli xarici valyuta reytinqini 'BB+' səviyyəsindən 'BBB-' səviyyəsinə yüksəltdi. Proqnoz sabitdir.
12 Avqust 2024 Xəbərə keçid
_______________________________________________________________________________________________________________________________________________
06 İyul 2024 Xəbərə keçid
_______________________________________________________________________________________________________________________________________________
“Cənub Qaz Dəhlizi” QSC-nin (“SGC”) gəlirlərinin əsas hissəsini xam neft və təbii qazın satışından, həmçinin, təbii qazın nəqlindən əldə edilən vəsait təşkil edir. 2023-cü il üzrə SGC-nin gəlirləri 3.1 milyard ABŞ dolları təşkil edərək, 2022-ci il ilə müqayisədə 15.7% artmışdır.
Eyni zamanda SGC hesabat ilini 1.3 milyard ABŞ dolları həcmində xalis mənfəətlə başa vuraraq cəmi kapitalını 22.2% artırmışdır.
Hesabat ilində SGC-nin qısa və uzunmüddətli borcları 9.3% azalmışdır.
Qeyd edək ki, SGC-nin 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatlarına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən təmiz rəy verilmişdir.
Hesabatlar ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir, 49%-i isə SOCAR-a məxsusdur.