ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir

Cənub Qaz Dəhlizini təşkil edən hər bir layihə üzrə görülmüş işlər və “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyələşməsi ilə əlaqədar yeniliklər təqdim edilmişdir


29 may 2018-ci il tarixində keçirilmiş Cənub Qaz Dəhlizi layihəsinin (CQD”) rəsmi açılış mərasiminin davamı olaraq, 30 may 2018-ci il tarixində Bakıda keçirilmiş Beynəlxalq Xəzər Neft və Qaz konfransında Cənub Qaz Dəhlizi QSC-nin (“CQD QSC”) baş direktoru Əfqan İsayev iştirak etmiş və CQD-ni təşkil edən hər bir layihə üzrə görülmüş işlər və CQD QSC-nin maliyyələşməsi ilə əlaqədar yenilikləri təqdim etmişdir.

Şahdəniz 2 layihəsi çərçivəsində ilk qazın hasilatı üzrə ümumi inkişaf 99.0%-dan artıq olmuşdur, Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi layihəsi üzrə - 100.0% (İlk qaz üzrə), TANAP layihəsi üzrə - 94.0% və TAP layihəsi üzrə - 72.9% təşkil etmişdir. Tikinti işləri uğurla davam etdirilir. Şahdəniz 2 layihəsi üzrə ümumi kapital xərcləri hazırda 22.7 mlrd. ABŞ dolları (2018-ci ilin aprel ayının sonuna 17.7 mlrd. ABŞ dolları xərclənmişdir), Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi layihəsi üzrə – 4.5 mlrd. ABŞ dolları (2018-ci ilin aprel ayının sonuna 4.2 mlrd. ABŞ dolları xərclənmişdir), TANAP layihəsi üzrə – 8.0 mlrd. ABŞ dolları (2018-ci ilin aprel ayının sonuna 5.4 mlrd. ABŞ dolları xərclənmişdir) və TAP layihəsi üzrə – 4.5 mlrd. Avro (2018-ci ilin aprel ayının sonuna 2.9 mlrd. Avro xərclənmişdir) qiymətləndirilir.

Əfqan İsayev qeyd etmişdir ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları CQD QSC-ni layihədə öz öhdəliklərini yerinə yetirmək məqsədilə maliyyə dəstəyi ilə təmin etmişdirlər. CQD-nin dəyər zəncirinə daxil olan layihələrin 2020-ci ilə kimi (daxil olmaqla) maliyyələşdirilməsi üçün tələn olunan vəsaitdən CQD QSC-nin payına 11.5 mlrd. ABŞ dolları düşür. 2018-ci ilin aprel ayının sonuna artıq 9.0 mlrd. ABŞ dolları (78%-dən çox) investisiya edilmişdir. Bu məbləğin təxminən 0.5 mlrd. ABŞ dolları hissəsi 2018-ci ilin əvvəlindən investisiya edilmişdir.

30 aprel 2018-ci il tarixinə kimi, CQD-nin dəyər zəncirinə daxil olan layihələrdə iştirak paylarının maliyyəşdirilməsi üçün CQD QSC aşağıdakı mənbələrdən vəsait cəlb etmişdir:

  • CQD tərəfindən buraxılmış və ARDNF tərəfindən alınmış cəmi 2.5 milyard ABŞ dolları məbləğində istiqrazlar;
  • İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən 2.4 milyard ABŞ dolları məbləğində artırılmış nizamnamə kapitalı;
  • 2016-cı ilin mart ayında nominal dəyəri 1 milyard ABŞ dolları məbləğində Avrobondların (ilk buraxılış) və 2017-ci ilin mart ayında nominal dəyəri 1 milyard ABŞ dolları məbləğində Avrobondların (təkrar buraxılış) emissiyası;
  • Beynəlxalq Maliyyə İnstitutları və kommersiya bankları tərəfindən təmin edilmiş maliyyələşdirmə.

CQD-nin əsas məqsədi Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Şahdəniz 2) və daha sonra layihə üzrə hasil olunmuş qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, həmçinin yeni tikilən TANAP və TAP boru kəmərləri vasitəsilə vasitəsilə Türkiyə və Şərqi Avropaya çatdırılmasıdır.

Azərbaycan Respublikasının CQD layihəsində olan iştirak paylarını saxlayan və idarə edən müəssisə CQD QSC-dir. CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılmışdır. CQD QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyətində olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.
30 May 2018 Ətraflı oxu
İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

29 May 2018 Xəbərə keçid
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilmişdir

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmişdir

Cənub Qaz Dəhlizi (“CQD”) layihəsinin rəsmi açılış mərasimi bu gün, 29 may 2018-ci il tarixində Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalında baş tutmuşdur.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, simvolik kranı açaraq ilk kommersiya qazının gələn ay Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə nəqlini nəzərdə tutan CQD dəyər zəncirinin rəsmi açılışını həyata keçirdi.

Cənab prezident layihəyə siyasi və iqtisadi dəstəyinə görə Türkiyə, Gürcüstan, ABŞ, Birləşmiş Krallıq və Avropa Birliyinə, həmçinin, layihənin həyata keçirilməsində layihə iştirakçılarına göstərdiyi maliyyə dəstəyinə görə banklara öz təşəkkürünü bildirdi.

Şahdəniz konsorsiumu adından çıxış edən “BP Group Upstream”in baş icraçısı Bernard Luney layihənin bütün maraqlı tərəflər üçün əhəmiyyətini, eyni zamanda Şahdəniz konsorsiumunun layihəni uğurla həyata keçirdiyini vurğulayaraq, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası hökumətinin və SOCAR-ın layihəyə davamlı dəstəyini xüsusi olaraq qeyd etmişdir.

CQD layihəsinin əsas məqsədi Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Şahdəniz 2) və təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, həmçinin yeni tikilən TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Сənubi Avropaya nəqlini təmin etməkdir. CQD layihəsinin növbəti mərhələsi olan TANAP-ın açılışı 12 iyun 2018-ci il tarixində Türkiyədə Əskişəhərdə baş tutacaqdır.

Azərbaycan Respublikasının CQD layihəsində olan iştirak paylarını saxlayan və idarə edən müəssisə “Cənub Qaz Dəhlizi” QSC-dir (“CQD QSC”). CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılmışdır. CQD QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyətində olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

29 May 2018 Ətraflı oxu
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

15 Fevral 2018 Xəbərə keçid
Əfqan İsayev: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 8,6 mlrd. dollar yatırıb" - MÜSAHİBƏ

Əfqan İsayev: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 8,6 mlrd. dollar yatırıb

17 Yanvar 2018 Xəbərə keçid
"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Asiya İnkişaf Bankının zəmanəti ilə sindikatlaşdırılmış kredit müqaviləsi imzalanmışdır

"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Asiya İnkişaf Bankının zəmanəti ilə Şahdəniz layihəsinin maliyyələşdirilməsi üçün 524.5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanmışdır

Cari ilin 22 dekabr tarixində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi (Şahdəniz) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (AİB) zəmanəti ilə 524.5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanmışdır.

Qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan Dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin Baş direktoru Əfqan İsayev imzalamışdır.

Xatırladaq ki, cari ilin may ayında AİB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları məbləğində birbaşa kredit ayrılmışdır.

1966-cı ildə yaradılan AİB-in 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

CQD-nin Baş direktoru Əfqan İsayev Cənub Qaz Dəhlizi layihələrinin Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir: “Artıq Cənub Qaz Dəhlizi layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilmişdir. Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.5 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 8.4 milyard ABŞ dolları hissəsi, yəni təqribən 73 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 2.3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98.5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 99.2 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 87.4 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 60.8 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.

Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

22 Dekabr 2017 Ətraflı oxu
"Cənub Qaz Dəhlizi" QSC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında kredit müqaviləsi imzalandı

“Cənub Qaz Dəhlizi” QSC və Avropa Yenidənqurm və İnkişaf Bankı arasında Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanmışdır.


Cari ilin 20 oktyabr tarixində “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında TANAP layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanmışdır.

Qeyd olunan sazişi CQD-nin Baş direktoru Əfqan İsayev və AYİB-in enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru xanım Aida Sitdikova, kredit müqaviləsinə dair zəmanət əqdini isə Azərbaycan Dövləti adından maliyyə naziri Samir Şərifov və xanım Aida Sitdikova imzalamışdır.

Qeyd etmək lazımdır ki, daha öncə, 18 oktyabr 2017-ci il tarixində CQD TANAP layihəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası müsbət qərar qəbul etmişdir.

CQD-nin Baş direktoru Əfqan İsayev Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir: “Artıq Cənub Qaz Dəhlizi layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilmişdir. Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.8 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 7.8 milyard ABŞ dolları hissəsi, yəni təqribən 66 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1.9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 82 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 53 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.

Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

20 Oktyabr 2017 Ətraflı oxu
"Cənub Qaz Dəhlizi" QSC: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib

Bu ilin avqust ayının sonuna kimi Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin seqmenti olan "Şahdəniz 2" layihəsi üzrə 16,4 mlrd. ABŞ dolları məbləğində vəsait xərclənib

13 Oktyabr 2017 Xəbərə keçid
Luka Şipati: TAP İtaliya və Avropa üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri TAP təhlükəsizliyə təminat olunması baxımından İtaliya və Avropa üçün strateji əhəmiyyət daşıyır.

26 Sentyabr 2017 Xəbərə keçid
“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür

Bu gün “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür. Məhz 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirilib.

20 Sentyabr 2017 Xəbərə keçid