ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
Moody's Azərbaycanın və CQD QSC-nin reytinqlərini Ba1 səviyyəsində təsdiqləyib və proqnozu sabitdən müsbətə dəyişib

_______________________________________________________________________________________________________________________________________________

06 İyul 2024 Xəbərə keçid
“Cənub Qaz Dəhlizi” QSC 2023-cü maliyyə ilini müsbət nəticələr ilə bitirmişdir

_______________________________________________________________________________________________________________________________________________

“Cənub Qaz Dəhlizi” QSC-nin (“SGC”) gəlirlərinin əsas hissəsini xam neft və təbii qazın satışından, həmçinin, təbii qazın nəqlindən əldə edilən vəsait təşkil edir. 2023-cü il üzrə SGC-nin gəlirləri 3.1 milyard ABŞ dolları təşkil edərək, 2022-ci il ilə müqayisədə 15.7% artmışdır.

Eyni zamanda SGC hesabat ilini 1.3 milyard ABŞ dolları həcmində xalis mənfəətlə başa vuraraq cəmi kapitalını 22.2% artırmışdır.

Hesabat ilində SGC-nin qısa və uzunmüddətli borcları 9.3% azalmışdır.

Qeyd edək ki, SGC-nin 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatlarına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən təmiz rəy verilmişdir.

Hesabatlar ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir, 49%-i isə SOCAR-a məxsusdur.


03 İyul 2024 Ətraflı oxu
"Cənub Qaz Dəhlizi" QSC "Şahdəniz" layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişində 5% iştirak payının satılmasına dair razılığa gəlmişdir

_______________________________________________________________________________________________________________________________________________

5 iyun 2024-cü il tarixində "Cənub Qaz Dəhlizi" QSC (“SGC”) və Macarıstan Respublikasına məxsus olan MVM Group arasında Azərbaycan Respublikası ərazində yerləşən "Şahdəniz" qaz-kondensat yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişində SGC-nin 5% iştirak payının və "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan təbii qazın marketinqi və satışının həyata keçirilməsi məqsədilə yaradılmış Azerbaijan Gas Supply Company Limited ("AGSC") SGC-nin 4% səhminin satılmasına dair Alqı-satqı sazişi imzalanmışdır. Saziş Bakı Enerji Həftəsində bağlanmışdır.

Dünyanın ən iri təbii qaz-kondensat yataqlarından biri olan "Şahdəniz" yatağı 1999-cu ildə kəşf edilmişdir. Yataq Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan təxminən 70 km cənub-şərqdə yerləşir. "Şahdəniz" layihəsi üzrə neft-qaz əməliyyatları podratçılar adından çıxış edən əməliyyat şirkəti bp tərəfindən həyata keçirilir.

"Şahdəniz" layihəsi üzrə qurğuların hasilat gücü illik olaraq 29 milyard kubmetr təbii qaz və təxminən 60 milyon barel kondensat təşkil edir. Yataqda iri həcmdə karbohidrogen ehtiyatları mövcuddur və 20 ilə yaxındır ki davamlı olaraq və etibarlı şəkildə hasilat əməliyyatları aparılır. Layihənin başlanmasından etibarən yataqdan ümumilikdə 218 milyard kubmetrdən çox təbii qaz və 371 milyon bareldən artıq kondensat hasil edilmişdir.

SGC, MVM Group-un “Şahdəniz” layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində təşkil olunmuş və bp (29.99%), Lukoil (19.99%), TPAO (19%) və NICO (10%) kimi digər aparıcı qlobal enerji şirkətlərinin iştirak etdiyi konsorsiuma qoşulmasından məmnunluğunu bildirir.

Bu saziş Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas rol oynadığını təsdiq edərək, uzunmüddətli əməkdaşlığa yönəlmiş addımın sübutudur və Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısının daxil olmasını işarə edir. Sövdələşmənin tamamlanması 2024-cü ilin üçüncü rübündə, sazişdə nəzərdə tutulmuş ilkin müvafiq şərtlərin yerinə yetirilməsindən sonra gözlənilir. Sövdələşmənin tamamlanmasından sonra SGC-nin layihədəki iştirak payı 16.02% təşkil edəcəkdir.

SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir, 49%-i isə SOCAR-a məxsusdur.
05 Iyun 2024 Ətraflı oxu
“Fitch” "Cənub Qaz Dəhlizi"nin avrobondlarının reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" (SGC) QSC-nin yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib

01 Fevral 2024 Xəbərə keçid
“Cənub Qaz Dəhlizi” I yarımildə 727 milyon dollar xalis mənfəət əldə edib

“Cənub Qaz Dəhlizi” QSC (SGC) bu ilin I yarısını 726,601 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

13 Noyabr 2023 Xəbərə keçid
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.

03 Fevral 2023 Xəbərə keçid
SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişləri imzalanıb

SOCAR ilə Masdar şirkəti arasında 2 QVt gücündə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.

15 Yanvar 2023 Xəbərə keçid
İlham Əliyev: "Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir"

"Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir". "Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Albaniyadan olan həmkarı Bayram Beqayla mətbuata birgə açıqlamasında deyib.

15 Noyabr 2022 Xəbərə keçid
“Euronews”: Aİ Azərbaycanı etibarlı tərəfdaş adlandırır

Avropa İttifaqı (Aİ) Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

18 İyul 2022 Xəbərə keçid
Əfqan İsayev: “SGC ilə hidrogen nəql etmək potensialı mövcuddur”

Cənub Qaz Dəhlizi (SGC) ilə hidrogen nəql etmək potensialı mövcuddur.

03 Iyun 2022 Xəbərə keçid