ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
İtaliyada TAP-ın mikrotunelinin inşası yekunlaşıb.

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin Apuliyada (İtaliya) yerləşən 1,5 kilometrlik mikrotunelinin inşası yekunlaşıb.

27 Avqust 2019 Xəbərə keçid
İlin sonunadək TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq.

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində ilin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq.

10 İyul 2019 Xəbərə keçid
TAP boru kəmərinin genişləndirilməsi imkanları araşdırılır.

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri üzrə bazar sınaqlarına (market test) başlanılıb.

03 İyul 2019 Xəbərə keçid
TANAP-dan Türkiyədə dəniz turizminə böyük töhfə.

Türkiyənin Ədirnə bölgəsində yerləşən Saros körfəzində Airbus A330 tipli sərnişin təyyarəsi suya salınıb.

14 Iyun 2019 Xəbərə keçid
Prezident İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.

29 May 2019 Xəbərə keçid
TANAP daha bir mükafata layiq görülüb.

TANAP “The International CSR Excellence Awards” təşkilatı tərəfindən “Davamlılıq” kateqoriyasında mükafatlandırılıb.

27 May 2019 Xəbərə keçid
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb.

Təməlqoyma mərasimində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

22 May 2019 Xəbərə keçid
TANAP-la Avropaya təbii qaz nəqlində son mərhələyə başlanılıb.

Boru kəməri iyunda Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır olacaq.

17 Aprel 2019 Xəbərə keçid
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı keçirilib.

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.

20 Fevral 2019 Xəbərə keçid
TAP layihəsi Beynəlxalq Layihə Maliyyələşdirilməsi mükafatı (PFI) ilə təltif edilib

​2018-ci ilin PFI qaliblərinin elan edilməsi üçün, 6 fevral 2019-cu il tarixində Böyük Britaniyanın London şəhərində Beynəlxalq Layihə Maliyyələşdirilməsi (PFI) Jurnalının illik qala gecəsi keçirilmişdir.

Məlumat üçün bildiririk ki, PFI qlobal enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı xəbərlər, məlumat və analiz sahəsində aparıcı nəşrdir.

Bu nüfuzlu mükafatın qalibləri arasında 2018-ci ilin sonuna bağlanmış 3.9 mlrd Avro dəyərində olan layihə maliyyələşdirilməsi ilə İlin Avropa Neft və Qaz Sövdələşməsi mükafatını almış Trans Adriatik Boru kəməri (TAP) layihəsi də olmuşdur.

Mükafatlandırma gecəsində kommersiya banklarının, beynəlxalq maliyyə institutlarının (BMİ), layihə şirkətlərinin və sponsorların, o cümlədən Cənub Qaz Dəhlizi QSC-nin (CQD QSC) vəzifəli şəxsləri iştirak etmişlər.3.9 mlrd Avro dəyərində olan TAP layihə maliyyələşdirilməsi 2018-ci ildə Avropa infrastruktur layihələri üçün razılaşdırılmış ən iri layihə maliyyələşdirilməsi olmuşdur.

.

Maliyyələşmə bir sıra kommersiya bankları və BMİ-lər tərəfindən təmin edilmişdir. Maliyyələşmənin bir hissəsi ixrac kredit agentlikləri tərəfindən təmin edilmişdir.

CQD QSC bu maliyyələşmədə Trans Adriatic Pipeline AG (TAP AG) şirkətində sahibi olduğu 20% pay ilə əlaqədar borc üzrə zəmanətçilərdən biri kimi çıxış edir (Azərbaycan Respublikası tərəfindən verilən təkrar zəmanət əsasında), eləcə də TAP AG-yə tələb edilən nizamnamə kapitalını öz payları nisbətində təmin etməyə davam edir.

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcəkdir. Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaqdır. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcəkdir və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard m3 olacaqdır (illik 20 milyard m3-ə kimi artırıla bilər).

2018-ci ilin sonuna TAP layihəsi üzrə inkişaf 84.1 faiz təşkil etmişdir.

TAP’ın səhmdarları aşağıdakı kimidir: CQD (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) and Axpo (5%).

Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi (SD2) layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri (SCPX) və yeni tikilən Trans Anadolu Boru Kəməri (TANAP) və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihələrin investisiya dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. SD2 layihəsi tamamlandıqdan sonra Şahdəniz qaz-kondensat yatağının istismarının birinci mərhələsi (SD1 layihəsi) üzrə illik hasil edilən 10.9 milyard m3 qaza (maksimal hasilat gücü) 16 milyard m3 əlavə ediləcəkdir. Yeni tikilən SCPX, TANAP və TAP boru kəmərlərinin uzunluğu ümumlikdə təqribən 3,200 kilometrdən artıq olacaqdır.

CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər hqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında və səhmlərinin 51%-i Dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. CQD QSC-nin məqsədi Cənub Qaz Dəhlizi layihələrində Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsidir.

.


13 Fevral 2019 Ətraflı oxu