ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri əsasən başa çatmışdır.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri 4,5 ildən sonra əsasən başa çatmışdır.

Bu barədə TAP AG konsorsiumu öz rəsmi veb səhifəsində məlumat açıqlamışdır.Qeyd olunur ki, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul terminalınadək təbii qazla doldurulub.Hazırda TAP konsorsiumu kommersiya əməliyyatlarının başlanması ilə bağlı hazırlıq işlərini tamamlamaq üzrədir.

TAP-ın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın ortalarınadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir.

Xəbərə keçid


13 Oktyabr 2020 Ətraflı oxu
TAP payızda əməliyyatlara hazır olacaq

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) bu ilin oktyabr-noyabr ayında yekunlaşacaq.

17 İyul 2020 Xəbərə keçid
TAP layihəsinin 96,4 faizi tamamlanıb.

Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96,4 faizi yekunlaşıb.

16 İyul 2020 Xəbərə keçid
“SOCAR Turkey” ən böyük ixracatçı mükafatını aldı.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji” Türkiyədə kimya sektorunda 2019-cu il üzrə ən çox ixrac həyata keçirən şirkətlər arasında lider olub

08 İyul 2020 Xəbərə keçid
TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib.

2018-ci il iyunun 30-dan Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz nəqli başladıqdan bəri Türkiyəyə 5,8 milyard kubmetrdən çox qaz tədarük edilib.

04 İyul 2020 Xəbərə keçid
TAP IV rübdə İtaliyaya qaz nəqlinə başlanacağına əmindir.

"TAP konsorsiumu Azərbaycandan ilk qazın İtaliyaya nəqlinə başlamasının 2021-ci ilin dekabr ayınadək təxirə salınmasının mümkünlüyünə baxmayaraq, bu ilin IV rübündə qazın nəqlinə başlamaq öhdəliyini təsdiq edir".

04 İyul 2020 Xəbərə keçid
“Cənub Qaz Dəhlizi” QSC-nin gəliri artıb.

Ötən ilin sonuna “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) gəliri 452 milyon 610 min ABŞ dolları (2018-ci ildə 253 milyon 568 min dollar) olub.

03 İyul 2020 Xəbərə keçid
TAP-ın çəkilişi son mərhələyə qədəm qoyub.

3500 kilometrlik "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən sonuncusunun TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişi yekun mərhələyə qədəm qoyub

03 İyul 2020 Xəbərə keçid
"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini "BB+" səviyyəsində təsdiq etmişdir.

"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini "BB+" səviyyəsində təsdiq etmişdir.

13 Mart 2020 Xəbərə keçid
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib

30 Noyabr 2019 Xəbərə keçid